Xidmət istiqaməti 03
Sərgilər və biznes əlaqələri
Şirkətinizin və brendinizin tanınması, məhsullarınızın təşviqi və yeni tərəfdaşlıqların qurulması üçün uyğun işgüzar tədbirlərdə iştirakınıza dəstək göstəririk.
Necə dəstək oluruq?
- Azərbaycanda və xaricdə uyğun sərgi, forum və biznes missiyalarının seçilməsi
- Qeydiyyat və iştirak proseslərinin əlaqələndirilməsi
- Şirkət təqdimatlarının, məhsul kataloqlarının və digər tanıtım materiallarının hazırlanması
- Sərgi stendi və təşkilati məsələlər üzrə xidmət təminatçıları ilə əlaqələndirmə
- Potensial müştəri və tərəfdaşlarla B2B görüşlərin planlaşdırılması
- Tədbirdən sonra əlaqələrin davam etdirilməsi və danışıqların müşayiəti