Xidmət istiqaməti 02
İxrac və xarici bazarlara çıxış
Məhsulunuz üçün uyğun xarici bazarları müəyyənləşdirir və potensial alıcılarla kommersiya əlaqələrinin qurulmasına dəstək veririk.
Necə dəstək oluruq?
- Şirkətin və məhsulun ixrac potensialının qiymətləndirilməsi
- Hədəf ölkələrin və bazarların araşdırılması
- Potensial idxalçı, distribütor və korporativ alıcıların müəyyənləşdirilməsi
- Həmin şirkətlərlə ilkin əlaqələrin və işgüzar görüşlərin qurulması
- Bazarın məhsul, qablaşdırma və sertifikatlaşdırma tələblərinin araşdırılması
- Kommersiya təkliflərinin və məhsul təqdimatlarının hazırlanması
- Danışıqların müşayiəti
- Logistika və ixrac sənədləşməsi üzrə ixtisaslaşmış tərəfdaşlarla əlaqələndirmə